<b>Yanvarın 1-də 3 min çağırış oldu - <span style="color:red;">Təcili yardım </b>
05 yanvar 2017 10:34 (UTC +04:00)

Yanvarın 1-də 3 min çağırış oldu - Təcili yardım

 

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini İradə Əliyeva Lent.az-a bildirib ki, dekabrın 31-dən yanvarın 5-dək Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında bir qədər artım müşahidə edilib.

 

İ.Əliyeva deyib ki, yanvarın 1-də çağırışların sayı daha çox olub: “Belə ki, adi günlərdə təcili tibbi yardıma daxil olan çağırışların sayı 2 minə yaxın olurdusa, bayram günlərində 2700-2800 çağırış qəbul edilib. Yanvarın 1-də isə gün ərzində 3 minə yaxın çağırış daxil olub”.

 

Çağırışların adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri, arterial təzyiqlə, cərrahi xəstəliklərlə, insult kimi problemlərlə bağlı olduğunu deyən baş həkim müavini əlavə edib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Fərizə Əhmədova

Oxşar yazılar