Bayram günləri üçün <span style="color:red;">XƏBƏRDARLIQ - külək, yağış, sulu qar, qar
18 mart 2016 12:57 (UTC +04:00)

Bayram günləri üçün XƏBƏRDARLIQ - külək, yağış, sulu qar, qar

Novruz bayramı günlərində Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda bildirilir ki, martın 20-si gündüzdən 21-i günün ikinci yarısınadək ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda yağışın sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu martın 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 14-18, bəzi yerlərdə 21, Bakıda gecə 4-6, gündüz 16-18 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, martın 19-da gündüz arabir güclənən gilavar küləyinin martın 20-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236

Oxşar yazılar