<span style="color:red;">(R)  Bank of Baku “ İLK əngəlsiz karyera sərgisi”ndə 2 iştirakçıya iş təklif edib
30 noyabr 2015 17:00 (UTC +04:00)

(R) Bank of Baku “ İLK əngəlsiz karyera sərgisi”ndə 2 iştirakçıya iş təklif edib

Bu gün "Hilton Baku" oteldə "Bank of Baku" tərəfindən bir ay ərzində icra edilən “ Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi bağlanış mərasimi və Azərbaycanda “İLK Əngəlsiz Karyera Sərgisi” həyata keçirilib.

Lent.az-ın məlumatına görə, bağlanış mərasimində layihə iştirakçıları ilə yanaşı, təlimçilər, KİV nümayəndələri, "Bank of Baku"nun və tərəfdaş təşkilatların rəhbər şəxsləri, həmçinin karyera sərgisində iştirak edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Təlimçilər öz çıxışlarında “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin fiziki məhdudiyyətli insanlar üçün uğurlu olacağını ifadə ediblər.

Təlim iştirakçıları isə öz növbəsində layihə icraçılarına təşəkkür edərək,  bu layihənin onlara özgüvənlərini geri qaytardığını deyiblər.

Tədbirdə təlim mövzuları üzrə iştirakçılar təlimçilər tərəfindən sertifikatla təltif olunub. Sertifikat təqdimatından sonra isə "Bank of Baku" öz sürprizini açıqlayıb.

Belə ki, 1 aylıq təlimin sonunda "Bank of Baku" təlim iştirakçılarından iki nəfərə - bloqçu Murad Məmmədov və  Xavər Nağıyevaya bankın Məlumat Mərkəzində işləmələri üçün rəsmi iş təklif edib.

Bununla da, "Bank of Baku" layihənin təməl məqsədlərindən biri - fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmalarında dəstək göstərməklə digər şirkətlər üçün nümunə olaraq xidmət edib.

Tədbirin sonunda isə Azərbaycanın “İLK əngəlsiz karyera sərgisi” rəsmi olaraq açıq elan olunub.  “Fiziki məhdudiyyət uğurlu karyeraya əngəl deyil” şüarı altında keçirilən sərgidə 30-a yaxın sahədə fəaliyyət göstərən yerli və beynəlxalq şirkət iştirak edib. Bununla da ölkədə ilk dəfə olaraq fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmasına geniş imkan yaradılıb.

Qeyd edək ki, sərgi Fireworks HRM şirkətinin və "Hilton Baku" otelinin dəstəyilə həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar