Bakıda məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a bildirib ki, Bakının Pirşağı qəsəbəsində, Texniki Universitetin yataqxanalarında, Nəsimi və Nərimanov rayonundakı yataqxana binalarında kompakt yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Son bir neçə gündə artıq 3500 ev qayğaclaşdırılıb.
T.Mustafayev əlavə edib ki, sayğaclaşdırma prosesi davam etdirilir.