[b]Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət etdi[/b]
29 yanvar 2017 10:45 (UTC +04:00)

[b]Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət etdi[/b]

Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir. Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmalıdır: “Belə ki, sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

 

Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan kecidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar