Bakı Nəqliyyat Agentliyi Bakıda 15 dayanacaq quraşdırıb
30 dekabr 2016 17:00 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi Bakıda 15 dayanacaq quraşdırıb

0

Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, quraşdırılan dayanacaqlar üzərinə ictimai nəqliyyatda davranış qaydalarına dair maarifləndirici məlumatlar vurulub. Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə şəhərətrafı qəsəbələrdən 29 marşrut xətti üzrə sərnişin avtobusları daxil olur.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Bakı Nəqliyyat Agentliyi bu gün Nəqliyyat Mübadilə Mərkəzinin kiçik sərnişinləri üçün də sürpriz hazırlayıb. Belə ki, BNA-nın əməkdaşları gün ərzində mərkəzə gələn balaca sərnişinlərə bayram hədiyyələri təqdim edib. Hədiyyə paketləri ilə yanaşı, uşaqlara ictimai davranış qaydaları haqqında maarifləndirici materiallar da təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar