Bakı metrosunda qatar sərnişini vurub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki, hadisə "20 Yanvar" metrostansiyasında olub.
N.Paşayev deyib ki, təxminən 55-60 yaşlarında Adıgözəlova Rəfiqə adlı sərnişin təhlükəsizlik xəttini keçdiyinə görə qatarın güzgüsü ona dəyib: “ Xəsarət alan sərnişin təcili tibbi yardımla xəstəxanaya çatdırılıb”.
Unikal.org hadisə ilə bağlı foto təqdim edib: