Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib - <span style="color:red;">FOTOLAR
18 fevral 2017 17:31 (UTC +04:00)

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib - FOTOLAR

0

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib.

 

Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib. 

 

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub. 

 

Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media qurumlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar