Bakı-Sumqayıt qatarı ilə bir gündə 5000 sərnişin daşınır
21 dekabr 2016 09:56 (UTC +04:00)

Bakı-Sumqayıt qatarı ilə bir gündə 5000 sərnişin daşınır

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artır. 

 

“Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirilib ki, bu il noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artmağa başlayıb. Araşdırmalar göstərir ki, əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-i keçib. 

 

Onun sözlərinə görə, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket,  cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.


Xırdalan stansiyasında isə 450 metr  uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq  tikilib istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar