Aztəminatlı ailələrə bayram sovqatı paylandı
27 dekabr 2016 21:13 (UTC +04:00)

Aztəminatlı ailələrə bayram sovqatı paylandı

0

H. Əliyev fondu Zaqatalada 3 mindən yuxarı aztəminatlı ailəyə bayram sovqatı paylayıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  Zaqatalada H.Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dövlətdən sosial müavinət alan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə verilən bayram sovqatı Zaqatala rayonunda 3054 ailəni əhatə edib.

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları bu gün aztəminatlı ailələrə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar