AMEA-nın Fizika İnstitutunun Dinamik sistemlərdə xaos laboratoriyasının rəhbəri, fizika üzrə elmlər doktoru Elman Şahverdiyev Böyük Britaniyanın Verizona nəşriyyatında dərc olunan "Nəzəri və tətbiqi fizika tədqiqatı" jurnalına redaktor təyin olunub.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sözügedən jurnal fizika sahəsində bərk və maye cisimlərdən başlayaraq elementar hissəciklərə qədər elmi nailiyyətləri əhatə edir. Bundan başqa, nüfuzlu jurnalda fizika sahəsi üzrə aparılan tədqiqatlar, bu araşdırmalara əsaslanan elmi məqalələr dərc olunur.