
Azərbaycanın ən yaşlı tələbəsini tanıyın - VİDEO
Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təhsil alır. Lent.az-ın “Xəzər xəbər”ə istinadən məlumatına görə, övladı yaşındakı tələbələrlə birlikdə eyni parta arxasında oxuyan Bəhram Şamilov müəllim olmaq istəyir.
Universitetin üçüncü kurs tələbəsi olan Bəhramla elə imtahan verərkən söhbətləşdik.
Onun sözlərinə görə, bu təhsil aldığı ilk universitet deyil. Bundan əvvəl o, Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. Həmsöhbətim artıq bir neçə imtahını da uğurlu verib.
Bəhram Şamilov deyir ki, universitetdə ən yaşlı tələbə olmasına baxmayaraq tələbə yoldaşları ilə də münasibəti yaxşıdır. Onlar kimi vaxtı-vaxtında dərsə gəlir və verilən tapşırıqları yerinə yetirir.
Dillər Universitetinin Tələbə-elmi cəmiyyətinin sədr müavini Şahin Sərdarlı deyir ki, Bəhram Şamilov universitet həyatında da aktivliyi ilə seçilir.
Bəhram Şamilov bildirdi ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışacaq.
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46