Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək
09 noyabr 2016 12:12 (UTC +04:00)

Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə  9-12° isti, gündüz  14-18° isti, Bakıda gecə  10-12° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi  yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə  2-7° isti, gündüz  12-17° isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar