Azərbaycanda ailə və gender məsələləri mövzusunda konfrans keçirilib
03 mart 2015 17:15 (UTC +04:00)

Azərbaycanda ailə və gender məsələləri mövzusunda konfrans keçirilib

 

Azər­bay­can Əmək və Sosial Mü­na­sibətlər Akademiyasında “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV res­publika konfransı keçirilib.

 

APA-nın xəbərinə görə, konfransı Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru, iqt. ü.f.d., dosent Mobil Məcidov giriş sözü ilə açdıqdan sonra ailə münasibətlərini əks etdirən film-çarx nümayiş etdirilib.

 

Plenar iclasda “Müasir dövrdə ailə in­sti­­tutu”, “Qa­dın alveri insan alveri kontekstində”, “Azər­­baycanda ailə hüququnun inkişafında yeni institut: ailədə və məişətdə zo­rakılığın qarşısının alınması”, “Müa­sir ailədə mə­nəvi tərbiyənin rolu”, “Azərbaycanda gender bərabərliyi və gen­der pariteti məsələsi”, “Və­təndaş cəmiyyəti institutlarının fəa­liy­yə­­tinin ailə-gender münasi­bət­ləri sisteminə təsiri”, “Sosial-əmək münasibətlərinin tək­mil­ləş­mə­si­nə ailənin təsiri”, “Miqrasiya proseslərinin Azərbaycan ailəsinə tə­­­si­ri: demoqrafik boşluq”, “Erkən nikahlar yerli və qlobal sosiomədəni dəyişmələr mətnində”, “Ai­lə münasibətlərinin gender problemləri gənclərin baxışında”, “Gender 2015-ci ilin prob­le­mi­dir­mi?”  möv­zu­sun­da məruzələr dinlənilib.

 

Daha sonra məruzələr ətrafında müzakirələr olub, təkliflər paketi hazırlanıb. Konfransın sonunda gender və ailə prob­lem­ləri mövzusunda kitabların təqdimatı keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar