ATU-da kadr dəyişiklikləri olub
04 noyabr 2016 13:08 (UTC +04:00)

ATU-da kadr dəyişiklikləri olub

Azərbaycan Tibb Universitetinin ( ATU)  klinikalarında kadr dəyişikləri olub.

ATU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ATU-nun Tədris Terapevtik Klinikasının baş direktoru Könül Xəlilova Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub. Onun əvvəlki yerinə isə klinikanın direktoru vəzifəsinə II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulov təyinat alıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasına da yeni baş həkim təyin olunub. Bundan sonra Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Ağayev bu vəzifəni icra edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar