Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri Əli Devrim dünən axşam saatlarında vəfat edib. Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, mərhum infarkt nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, lisey müdiri bir müddət əvvəl xəstəliyi ilə əlaqədar müalicə üçün Türkiyəyə getmişdi. Bu yaxınlarda isə o, yenidən Bakıya işinin başına dönmüşdü.
Ə.Devrim uzun illərdi ki, Azərbaycanda təhsil sistemində çalışır. Əvvəlcə o, Bakı Anadolu liseyinin rəhbərliyində təmsil olunurdu.
Allah rəhmət eləsin!