Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA-nın Rəyasət Heyəti Humanitar Elmlər Bölməsi üzrə: Folklor İnstitutu, İctimai Elmlər Bölməsi üzrə: İqtisadiyyat İnstitutunda direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.