
İldə bir dəfə bu qədər gəncə Prezident Mükafatı veriləcək
Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident Mükafatı veriləcək.
APA-nın məlumatına görə, bununla bağlı Prezident ilham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilir.
Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40