"Səssiz qatil" insanları boğmağa davam edir - <span style="color:red;">1 aya 31 qurban
28 noyabr 2016 11:53 (UTC +04:00)

"Səssiz qatil" insanları boğmağa davam edir - 1 aya 31 qurban

 

Dadsız, rəngsiz, qoxusuz olmaqla yanaşı, həm də qıcıqlandırıcı xüsusiyyəti olmadığı üçün “səssiz qatil” adlanan dəm qazı insanları boğmağa davam edir.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, noyabr  ayının əvvəlindən bu günə qədər dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 31 nəfər müraciət edib.

 

Müraciət edənlərdən 17 nəfər xəstəxanaya qəbul olunub. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-ü azyaşlı olub.

 

A.Maqsudov qeyd edib ki,  müraciət edənlər sırasında ölüm halı qeydə alınmayıb.

 

Bildirək ki, dəm qazı zəhərlənməsi zamanı ilk yardım olaraq, əvvəlcə, zəhərlənən şəxsə yardım edən şəxs də özünü qorumalıdır.

 

Pəncərələr açılmalıdır.

 

Qaz dolması hiss etmisinizsə, qətiyyən mobil telefon istifadə etməyin. İşıqları sönülü saxlayın.

 

Zəhərlənən şəxs bayıra çıxarılmalıdır. Ağız və burnu nəm əsgi ilə silinməlidir.

 

Zəhərlənən şəxs hələ də nəfəs alırsa, böyrü üstə uzadın. Yox, əgər nəfəs alıb-verməsi dayanıbsa, süni nəfəs vermək lazımdır.

 

Hər il təbii qazla çalışan cihazları yoxlanışdan keçirmək lazımdır.

 

Baca tutulmasına diqqət edin. Bacaların başına mütləq aspirator qoyulmalıdır. Su və qardan qorumaq üçün papaq taxılmalıdır.

 

Qapalı qarajda maşınlarınızı uzun müddət işlək vəziyyətdə saxlamayın.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Fərizə Əhmədova

Oxşar yazılar