TQDK imtahanın nəticələrini <span style="color:red;">AÇIQLADI  - <span style="color:red;">YENİLƏNİB
24 fevral 2015 12:00 (UTC +04:00)

TQDK imtahanın nəticələrini AÇIQLADI - YENİLƏNİB

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. 

TQD-dan Lent.az-a verilən məlumata görə, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. 

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər. 

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər. 

İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib. 

İmtahanda ən yüksək nəticə isə 96 bal olub. 

 

**********

 

11:38

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanı vermiş bakalavrlara müraciət edib. Lent.az-ın məlumatına görə, imtahan nəticələrinin axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, TQDK fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar