[b]Qadınların küçə süpürməsinə necə baxırsınız? - SORĞU[/b]
06 fevral 2017 15:12 (UTC +04:00)

[b]Qadınların küçə süpürməsinə necə baxırsınız? - SORĞU[/b]

"Küçə süpürən qadınlar, tarlada ot çalan kişilərin parodiyasıdır". Şair Murad Köhnəqalanın məşhur bir şeirindəndir bu misra. Süpürgə bəlkə də doğrudan da qadın əməyi üçün kəşf edilib. Amma elə məqamlar var ki, qadın süpürgəni öz evində yox, çörək pulu qazanmaq üçün əlinə götürür. Söhbət elə küçə süpürən qadınlardan gedir, bəziləri yediyi qidanın kağızını, içdiyi suyun qabını, bəziləri isə çəkdiyi siqaretin kötüyünü zibil qablarına yox, küçəyə atırlar. Və o zibilləri səhərin ala-qaranlığında yuxusuna haram qatıb, şəhərin təmizliyi üçün çalışan qadınlar təmizləyir. Bu da heç, qadınların küçələrdə hətta qar təmizlədiyinin də şahidi oluruq. Ağır işdir. Ən təsirlisi bu da deyil. Bəzən onların həyatı bahasına başa gəlir bu zəhmətləri. Məsuliyyətsiz sürücülərin törətdiyi ölüm hadisələrindən gedir söhbət. Nə bir dəfə olub, nə iki, nə də üç dəfə. Dəfələrlə... Yaşlı, cavan, fərqi yoxdur, bu işi qadınlar görməlidirmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

APA TV

Oxşar yazılar