(R) AAAF Park bütün gəncləri təbrik edir!
02 fevral 2015 12:17 (UTC +04:00)

(R) AAAF Park bütün gəncləri təbrik edir!

1 Fevral 1997-ci il tarixində ümummilli lider, mərhum prezident Heydər Əliyev hər ilin 2 fevral gününün “Gənclər Günü” kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.

Gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur. Bu yolun yolçuları hər zaman dayanmadan çətinlikləri dəf etməyə çalışır, əzmkarlıq göstərirlər. Gənclik – insan yaşının ən parlaq səhifəsidir.

Ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artıb. Dövlətin idarəetmə strukturlarında gənclərin fəallığına diqqət yetirilir. Bu illər ərzində gənclərin problemlərinin aradan qaldırılmasında, işlə təmin edilmələri üçün müxtəlif qurumlar yaradılmışdır.

Bu gün gənclər, tələbələr Respublikamızın adını bir çox ölkələrdə layiqincə ucaldır və bir çox halllarda Azərbaycan dövlət himnini düşmən qonşumuzun ölkəsində səsləndirirlər.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Bütün Azərbaycan Gəncliyini ürəkdən təbrik edir, onlara müvəffəqiyyətlər diləyirik!

Gəlin, gəncliyimizi layiqincə yaşayaq…

Gününüz mübarək!

 

# 174
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22