(R) “Nar” Azərbaycanda bir ilk olan “Ailəm” paketini təqdim etdi
21 sentyabr 2015 11:59 (UTC +04:00)

(R) “Nar” Azərbaycanda bir ilk olan “Ailəm” paketini təqdim etdi

Artıq “Nar” istifadəçisi olan hər bir kəs

öz qohumları, dostları və yaxınları ilə pulsuz danışa biləcək

 

İnsanları biri-birinə və dünyaya qovuşdurma missiyasını əldə rəhbər tutan “Nar”, öz abunəçilərini daha rahat və sərfəli rabitə xidməti ilə təmin etmək üçün növbəti təşəbbüsə imza atdı. İnsanların öz ailələri, dostları və yaxınları ilə daim əlaqədə olmasını vacib hesab edən mobil operator, bu məqsədlə, öz abunəçilərinə yeni “Ailəm” paketini təqdim etdi.

 

4 nömrədən ibarət olan “Ailəm” paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanıdır. Paketə daxil olan 4 nömrənin istifadəçiləri biri-birilə 31 dekabr 2015-ci il tarixədək dəqiqəsi 0 qəpiyə danışa biləcəklər. Ölkədaxili digər istiqamətlərə zəngin dəqiqəsi isə 4 qəpikdən hesablanacaq.

 

“Ailəm” paketinə daxil olan nömrələr bir fiziki şəxsin adına qeydiyyata alına bilər.

 

Hər zaman öz abunəçilərinin qayğısına qalan “Nar” müxtəlif müştəri qrupları arasında daha keyfiyyətli və rahat mobil rabitə fürsəti yaradaraq, onları bu əlavə ünsiyyət imkanından yararlanmağa dəvət edir. Təklif edilən danışıq paketləri öz sərfəliliyi ilə seçilir və əhalinin bütün kateqoriyalarını əhatə edir.     

 

Əlavə məlumatı “Nar” operatorunun internet səhifəsindən əldə edə bilərsiniz: www.nar.az

A

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar