(R) “DəmirBank”ın kredit müraciətləri və ödənişləri artıq Hesab.az portalında
15 oktyabr 2014 10:40 (UTC +04:00)

(R) “DəmirBank”ın kredit müraciətləri və ödənişləri artıq Hesab.az portalında

 

“DəmirBank” GoldenPay şirkəti ilə əməkdaşlıq çərçivəsində növbəti layihəni tətbiq etdi.

 

Bankın müştəriləri öz kredit ödənişlərini artıq Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan www.hesab.az vasitəsilə vaxt itirmədən, istənilən vaxt, olduqları məkandan asılı olmayaraq daha rahat ödəyə və DəmirTaksit kartları, kredit kartları və nağd pul krediti üçün onlayn müraciət edə bilərlər.

 

Sayt üzərindən istər AzeriCard, istərsə də MilliKart Prossesinq Mərkəzlərində xidmət olunan bankların plastik kartları vasitəsilə kredit ödənişləri həyata keçirmək mümkündür. Bundan əlavə, digər yerli və xarici bankların Visa və MasterCard kartlarının, həmçinin Azərpoçtun plastik kartlarının sahibləri də “DəmirBank”ın kreditlərini www.hesab.az portalı vasitəsilə ödəyə bilərlər. Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur. Portal üzərindən sifariş imkanı olan DəmirTaksit kartları heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir.

 

DəmirTaksit sahibləri üçün ən böyük üstünlüklərdən biri də odur ki, kartdan istifadə zamanı ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək mümkündür. Digər bir üstünlük isə DəmirTaksit kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

 

“DəmirBank” müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, peşə, ipoteka və s. kreditlər, eyni zamanda rəngarəngliyi və yüksək gəlirliliyi ilə cəlbedici olan geniş çeşidli əmanət növlərini təklif edir.

 

“GoldenPay” ASC Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” portalının sahibidir. “Hesab.az” mobil operatorlar, kommunal (elektrik, qaz, su və stasionar telefonlar) şirkətlər, internet provayderlər və kabel televiziyası operatorlarının xidmətlərini bank kartları vasitəsi ilə onlayn ödəmək imkanı verir. Həmçinin, portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir. Hazırda portalın 134 mindən çox istifadəçisi vardır. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

 

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar