<span style="color:red;">(R)  "AccessBank"ın Xaqani filialının açılış mərasimi keçirildi
10 iyun 2015 17:56 (UTC +04:00)

(R) "AccessBank"ın Xaqani filialının açılış mərasimi keçirildi

 

AccessBank müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır. Bankın Bakı şəhərində yerləşən “Bül-Bül” filialının fəaliyyəti təmirlə əlaqədar müvəqqəti dayandırıldı və heyəti yeni ünvana köçdü. Artıq həmin filial Xaqani filialı olaraq fəaliyyət göstərir.

Bundan başqa, bu günlərdə AccessBank yeni Nərimanov filialını istifadəyə verib. Nərimanov filialı Bankın Elmlər Akademiyası filialının bazasında yaradılıb.

Yeni Xaqani filialı Nəsimi rayonu, Nizami küçəsi 100B, Nərimanov filialı isə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında fəaliyyət göstərir.

Qeyd edək ki, müvəqqəti olaraq bağlanan “Bül-Bül” və “Elmlər Akademiyası” filiallarının  fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10 və ya nigar.mammadova@accessbank.az

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar