
Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Saatlıda dindarlarla görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayon Qarayevkənd kənd məscidi dini icması tərəfindən Saatlı rayon Qarayevkənd kənd məscidində iftar süfrəsi verilib.
Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icma sədrləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İ.Calalov açaraq, iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları Ramazan ayı münasibətilə təbrik edib. O, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd edib.
Professor Kamil Günəş çıxış edərək, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıb. O, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açaraq, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib.
Daha sonra E.İbrahimov qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsində bu gün ölkəmizdə tolerantlıq hökm sürür, dövlətlə din arasında sıx birlik var. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf bir çox sahələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması sahəsində də yüksəlişə geniş imkanlar açıb. Ölkəmizdə milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, bu dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb.
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46