![[b]Ölkədə qriplə bağlı son vəziyyət açıqlandı - RƏSMİ[/b]](https://lent.az/storage/news/2019/may/19/big/586103e1422d80468ea517b76d9b4ade.jpg)
[b]Ölkədə qriplə bağlı son vəziyyət açıqlandı - RƏSMİ[/b]
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.
Mərkəzin direktor müavini Afaq Əliyeva deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır:
“Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.
A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib:
"İnfeksion xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".
(Trend)
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40