[b]İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək[/b]
07 mart 2017 11:52 (UTC +04:00)

[b]İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək[/b]

Dövlət İmtahan Mərkəzi hansı xidmətlərinin pullu, hansıların isə pulsuz olacağını açıqlayıb.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya bildirib ki, bu vaxtadək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən xidmətlər dövlət tərəfindən maliyyələşdirilib. Onun sözlərinə görə, əksər hallarda istifadəçilər tərəfindən yalnız simvolik rüsum ödənilib. M.Abbaszadə vurğulayıb ki, bundan sonra istifadəçi üçün xidmətin pullu və ya pulsuz olması sifarişçidən asılı olacaq: “Bu baxımdan ölkə başçısı tərəfindən imzalanmış son sərəncam çox böyük əhəmiyyətə malikdir. Bir daha xatırladım ki, bu sərəncama əsasən ümumi təhsil müəssisələrini cari ildə bitirən bütün Azərbaycan vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş vətəndaşların imtahanda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu il sərəncamdan faydalana biləcək abituriyentlərin sayı təqribən 70 minə yaxındır”.

 

Direktorlar Şurasının sədri əlavə edib ki, digər hallarda DİM tərəfindən göstərilən xidmətlər ödənişli olacaq. Onun sözlərinə görə, ödəniş məbləği hər imtahan (xidmət) növü üzrə bir imtahan iştirakçısı (xidmət istifadəçisi) üçün sərf olunan vəsaitdən asılı olacaq.

# 169
avatar

APA Baycan

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22