Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı qaydaları hökumətə təqdim edib.
Lent..az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. M.Abbaszadə bildirib ki, qaydalar hələlik təsdiq olunmayıb: “ Bizdən asılı olan addımları atmışıq. Qaydalar Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub. Həmin qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək. İctimaiyyət üçün qəbul imtahanlarının tarixləri açıqlanacaq”.
DİM sədri deyib ki, dövlət qulluğuna qəbul prosedurlarının çevik olması, müasir əmək bazarında olan tələblərə cavab verməsi və bu prosesin uğurla davam etməsi vacib məsələdir.