<b>Bakıda 8 dərəcə isti olacaq </b>
21 dekabr 2016 11:52 (UTC +04:00)

Bakıda 8 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz  6-9° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 6-8° isti olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman  olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  3° şaxtadan  2°-dək isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar