[b]Bakıda 236 binanın zirzəmisi çirkab sularla doludur[/b]
18 yanvar 2017 12:23 (UTC +04:00)

[b]Bakıda 236 binanın zirzəmisi çirkab sularla doludur[/b]

Hazırda 236-dan artıq binanın zirzəmisi çirkab sularla doludur. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün keçirilmiş mətbuat konfransında deyib. Z.Kazımov bildirib ki, 2016-cı ilin əvvəlində bir sıra zirzəmilərin məişət çirkab suları və qarışıq qrunt suları ilə dolması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Sanitar şöbəsinə müvafiq məktub daxil olub: “ Aparılan müşahidələr nəticəsində 236-dan artıq sulu zirzəmi müəyyən olunub. Su nümunələrinin tədqiqatları nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya) və bir qismində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib”.

 

Z. Kazımov vurğulayıb ki, su ilə dolu olan zirzəmilər daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda müşahidə olunur və son vaxtlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq. Şöbə müdiri qeyd edib ki, bununla bağlı BŞİH-a geniş arayış təqdim olunub: “Biz müvafiq icra hakimiyyəti orqanı qarşısında bu məsələni qaldırsaq da, təəssüflər olsun ki, onlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Fərizə Əhmədova

Oxşar yazılar