![[b]Azərbaycanda sürüşmənin qarşısını almaq üçün yeni normalar hazırlandı [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Azərbaycanda sürüşmənin qarşısını almaq üçün yeni normalar hazırlandı [/b]
Azərbaycanda ərazilərin, binaların sürüşmə və uçqunlardan mühafizəsi üçün məcburi tətbiq olunacaq yeni normalar hazırlanıb.
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, yeni tələblər “Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi” adlı sənəd layihəsində əks olunub.
Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühəndis mühafizəsinin tikinti və istismarının layihələndirilməsinə şamil olunacaq.
Yeni normalar mülkiyyət formasından asılı olmayaraq, sürüşmə və uçqunlardan obyektlərin mühəndis mühafizə layihələndirilməsini, tikintisini və istismarını həyata keçirən bütün hüquqi və fiziki şəxslər üçün məcburi olacaq.
Layihəyə əsasən, seysmik rayonlarda və digər təhlükəli geoloji proseslərin (sualtında qalma, subasma, eroziya, abraziya, karstlaşma və s.) inkişaf etdiyi rayonlarda obyektlərin sürüşmə və uçqun proseslərindən mühafizəsini layihələndirdikdə tikinti norma və qaydaların əlavə tələbləri də nəzərə alınmalıdır.
Quraqlıq ərazilərdə ot örtüklərinin, kolluqların və ağacların suvarılması üçün verilən suyun miqdarına ciddi nəzarət olunmalı, əksər hallarda isə müasir damla ilə suvarma metodundan istifadə olunmalıdır.
Mühəndis mühafizəsi obyektlərinin tikintisi zamanı, xüsusilə yaz, payız və yağışlı müddətdə nəzərdə tutulmayan işlərin görülməsi və fasilələrin edilməsi qəti qadağandır.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06