[b]Azərbaycanda siqaret reklamı qadağan olunur[/b]
29 noyabr 2016 13:23 (UTC +04:00)

[b]Azərbaycanda siqaret reklamı qadağan olunur[/b]

Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər".

 

Layihə səsə qoyularaq qəbul edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

APA Baycan

Oxşar yazılar