![[b]Azərbaycanda 300-dən çox kişi məişət zorakılığının qurbanı olub[/b]](https://lent.az/storage/news/2019/may/07/big/5922743f5514e3679a6d8a2a7c59b0d5.jpg)
[b]Azərbaycanda 300-dən çox kişi məişət zorakılığının qurbanı olub[/b]
Ötən il Azərbaycanda qeydə alınmış cinayətlər nəticəsində 331 nəfər qadın dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, bu göstərici 2017-ci ildə 337 olub.
Ümumilikdə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561 nəfər, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268 nəfəri, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib.
Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, zərərçəkənlər arasında kişilər də olub.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 304-ü kişi, 964-ü qadın, 2018-ci ildə 306-sı kişi, 915-i qadın olub.
Son iki il ərzində qadınlara qarşı törədilmiş qeydə alınmış cinayətlərin sayı bir qədər azalıb. 2017-ci ildə belə cinayətlərin sayı 5 755, 2018-ci ildə 5 603 olub.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06