![[b]Maurisio Sarri: “Bakıdakı final bizim üçün çox vacibdir”[/b]](https://lent.az/storage/news/2019/may/22/big/5bb8c403874bc1af6a3b1da98c457f5e.jpg)
[b]Maurisio Sarri: “Bakıdakı final bizim üçün çox vacibdir”[/b]
“Çelsi” Çempionlar Liqasına vəsiqə qazanıb. “Arsenal” isə bu hüquqa yiyələnmək üçün mütləq Avropa Liqasında qalib gəlməlidir”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri deyib.
İtaliyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi Londonda keçirdiyi mətbuat konfransında “Arsenal”la matç barədə danışıb: “Bu baxımdan bizim motivasiyamız rəqiblər müqayisədə az ola bilər. Amma digər tərəfdən onların üzərindəki təzyiq daha çoxdur. Bir sözlə, hər iki komanda üçün həm müsbət, həm mənfi məqamlar var. Premyer Liqadan Çempionlar Liqasına vəsiqə qazanmaq, ardınca mükafat əldə etmək istəyirdik. Bakıda keçiriləcək final bizim üçün çox vacibdir. Hesab edirəm ki, mükafat qazanmağa layiqik”.
Qeyd edək ki, “Çelsi” və “Arsenal” arasında Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27