<b>"APA Holdinq”in prezidenti İranın “Səhər” televiziyasına müsahibə verib</b>
31 oktyabr 2017 17:19 (UTC +04:00)

"APA Holdinq”in prezidenti İranın “Səhər” televiziyasına müsahibə verib

İranda səfərdə olan “APAHoldinq”in prezidenti Vüsalə Mahirqızı “Səhər” beynəlxalq televiziyasına müsahibə verib.
 

APA-ın Tehran bürosunun məlumatına görə, V. Mahirqızı telekanalın Azərbaycan-İran əlaqələri, iki ölkə mediası arasında əməkdaşlıq və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
 

Qeyd edək ki, “Səhər” beynəlxalq televiziyası 1997-ci ildə rəsmi fəaliyyətə başlayıb. Kanal 6 dildə (Azərbaycan, ingilis, fransız, kürd, Bosniya və urdi) yayımlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199

Oxşar yazılar