[b]205 qutu keyfiyyətsiz dərman aşkarlanıb[/b]
20 dekabr 2016 12:43 (UTC +04:00)

[b]205 qutu keyfiyyətsiz dərman aşkarlanıb[/b]

Azərbaycanda  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb. 



Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. 

P.Əzizbəyovun sözlərinə görə, yoxlamalar keçirilən apteklərdən ikisində qeyd olunan faktlar təsdiqlənməyib, digər üçündə isə faktlar təsdiqini tapıb: “ Həmin 3 əczaçılıq müəssisəsində  81 adda 205 qutu dövlət qeydiyyatından keçməmiş, keyfiyyət sertifikatı olmayan dərman vasitələri aşkarlanıb və satışdan çıxarılıb. Hazırda həmin dərman vasitələrinin məhv edilməsi və apteklərlə bağlı tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib və müvafiq tədbirlər görüləcək. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar veriləcək”.

Dərman vasitələrinin qiymət tənzimlənməsinə də toxunan P.Əzizbəyov qeyd edib ki, dərmanların qiymətinə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxil deyil: “Tarif Şurası tərəfindən məzənnəyə uyğun olaraq qiymətlər artıq tənzimlənib”. 

Dərman vasitəsinin keyfiyyətinin onun qiyməti ilə bağlı olmadığını deyən P.Əzizbəyov bildirib ki, dərman dövlət qeydiyyatından keçibsə, rəsmi yolla ölkəyə idxal olunursa,  keyfiyyətinə də təminat verilirsə, satışına icazə verilir: “ Dərmanın qiyməti ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Məsələn, Rusiyadan Azərbaycana nisbətən ucuz, Avropadan isə nisbətən baha dərmanlar gətirilir.  Dərman vasitələrinin keyfiyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən tapşırıqlar verilib və dərmanların keyfiyyətinə ciddi nəzarət olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300

Oxşar yazılar

Sabah da dəhşətli isti  olacaq - Hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU

18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07