[b]18 yaşı olmayan bəy və gəlinlərin maraqlı [/b]STATİSTİKASI
28 iyul 2016 10:47 (UTC +04:00)

[b]18 yaşı olmayan bəy və gəlinlərin maraqlı [/b]STATİSTİKASI

Azərbaycanda rəsmi nikah yaşı 18 olsa da, bəzi hallarda erkən evlənmələrə də rast gəlinir. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, təkcə ötən il evliliyi rəsmən qeydə alınmış 18 yaşadək bəy və gəlinlərin sayı 391 nəfər olub. Bunlardan cəmi 3 nəfəri yaşı 18-ə çatmayan bəy olub. 388 nəfər isə 18 yaşına çatmamış gəlinlərdir.
 

Rəsmi statistikadan belə məlum olur ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalma baş verib. Belə ki, 2014-cü ildə 481 nəfər (2 oğlan, 479 qız) 18 yaşına çatmadan rədmi nikaha girib. 2011-ci ildə rəsmi nikah yaşından əvvəl evlənənlərin sayı 5149 nəfər (11 oğlan, 5138 qız) olub. 2008-ci ildə bu rəqəm maksimum həddə - 5579 (35 oğlan, 5544 qız) olub.
 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, 18 yaşadək nikaha daxil olanların sayındakı azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərlə bərabər qadınlar üçün də 18 yaşa qaldırılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350
avatar

Oxşar yazılar