""Qasım otağı"nın üstündə deşik qoyub, pul yığırsınız!" - <span style="color:red;">ŞEYX QƏZƏBLƏNDİ
14 sentyabr 2017 15:14 (UTC +04:00)

""Qasım otağı"nın üstündə deşik qoyub, pul yığırsınız!" - ŞEYX QƏZƏBLƏNDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım otağı”nda pul yığdığı üçün irad tutub.

 

APA-nın məlumatına görə, QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.


Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: “Siz orada “Qasım otağı” yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. Qasım otağı”nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığşdırın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

APA Baycan

Oxşar yazılar