“Orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul ediləcəklər”
04 noyabr 2013 14:01 (UTC +04:00)

“Orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul ediləcəklər”

Azərbaycanda məktəb direktorlarının işə qəbulu ilə bağlı yeniliklər gözlənilir.


 

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib.

 

Onun sözlərinə görə, bu yeniliklər direktorların müsabiqə yolu ilə işə qəbul olunmasından ibarətdir: "Bu, orta təhsil sistemində idarəetmə istiqamətinin bir istiqamətidir. Yaxın müddətdə ölkədə məktəb direktorları üçün xüsusi hazırlıq kurslarının keçirilməsinə başlanacaq. Bu kurslar ilk mərhələdə könüllülük əsasında hazırda işləyən məktəb direktorlarına şamil olunacaq. Həm də gələcəkdə bu peşədə özünü görən, bu sahə üzrə peşəkar fəaliyyətlə məşğul olmaq istəyən mütəxəssislər üçün təşkil olunacaq. Hazırlıq kursları məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni meyarları əsas tutaraq keçiriləcək. Bu zaman iştirakçılara tələb olunan ixtisaslar üzrə biliklər veriləcək. Artıq mövcud kurslarda iştirak edəcək orta məktəb direktorlarının siyahısının hazırlanması prosesi başa çatdırılır”.

# 1375
avatar

Oxşar yazılar