Mülki Prosessual Məcəllədə dəyişiklik edildi - <span style="color:red;">SƏRƏNCAM
08 noyabr 2016 13:46 (UTC +04:00)

Mülki Prosessual Məcəllədə dəyişiklik edildi - SƏRƏNCAM

 

 

Prezident İlham Əliyev “Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Mülki Prosessual Məcəlləyə aşağıdakı məzmunda 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələr əlavə edilib:

“4.4. İqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.

 

138.5. İqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.

 

272.4-1. İqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər”.

 

Qeyd edək ki, qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar