“Bakı mühəndislik Universiteti” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edildi
21 fevral 2017 18:32 (UTC +04:00)

“Bakı mühəndislik Universiteti” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edildi

0

 

 

Prezident İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə fərman verib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, fərmana əsasən, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.

 

 “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilib:

 

2.1. adında “Bakı Mühəndislik Universitetinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “bu sahədə ali” sözləri “orta ixtisas, ali” sözləri ilə, “Bakı Mühəndislik Universiteti” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

2.3. 2.1-ci və 2.5-ci bəndlərdə “Bakı Mühəndislik Universitetinin” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

 

3. Müəyyən edilsin ki:

3.1. “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir;

3.2. “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.3. “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü (“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar