“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
30 dekabr 2016 11:53 (UTC +04:00)

“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

0

“Azərişıq” ASC bayram günlərində bütün istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır. 

 

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, digər şəhər və rayon ərazilərində istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün qurum tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub. 

Bayram günlərində  Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün RETSİ-lər və Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil olunub. 

Bununla da “Azərişıq” ASC tərəfindən Bayram şənlikləri keçirilən ərazilərin fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunması üçün ən yüksək hazırlıq vəziyyəti yaradılıb.

     

Bildirilir ki, abonentlər hər hansı bir şikayəti ilə bağlı 199 saylı telefon “Çağrı” mərkəzi 24 saat  müddətində müraciət edə bilər.

 

“Azərişıq” ASC abonentlərinin bayramını təbrik edir, can sağlığı, firavan həyat və ışıqlı gələcək arzulayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar