FHN işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Plenumu keçirilib
12 yanvar 2017 11:41 (UTC +04:00)

FHN işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Plenumu keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin növbəti Plenumu keçirilib.

 

APA-nın xəbərinə görə, əvvəlcə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2016-cı ildə görülən işlər barədə hesabatı dinlənilib. O bildirib ki, ötən il Həmkarlar İttifaqı tərəfindən ölkənin əlamətdar günlərində müxtəlif tədbirlər təşkil olunub. M. İsmayılov 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin iri çaplı silahlardan açdığı atəş nəticəsində FHN-nin Ağdam Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının yaralandığını deyib: “Biz yaralı əməkdaşımızı ziyarət etdik. Aprel döyüşləri zamanı həlak olanların ailələrinə, yaralananlara 25 min manat məbləğində maddi yardım göstərildi”.

 

M. İsmayılov qeyd edib ki, ötən il şahmat, daşqaldırma, çoxnövçülük, mini futbol, üzgüçülük, atıcılıq, səmti müəyyən etmə, yanğın xilasetmə, köpükvermə, voleybol, sərbəst güləş üzrə idman yarışları keçirilib: “2016-cı ildə ittifaq üzvlərinin müalicə və istirahəti də diqqət mərkəzində olub. Ötən il 1642 nəfərin istirahəti təşkil edilib. Müalicəyə ehtiyacı olan 148 nəfər sanatoriyalara göndərilib”.

 

Plenumda maliyyə hesabatı da dinlənilib. Bildirilib ki, ötən il ayrılmış vəsaitlər təyinatı üzrə xərclənib. Hesabatlar səsə qoyulub və qəbul olunub.

 

Adil İsgəndərov adına Mədəniyyət Evi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin ləğv edilməsi barədə qərar qəbul edilib. FHN işçilərinin Həmkarlar İttifaqı Gəncə Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Anar Filmanovun sədrlikdən çıxarılması məsələsinə baxılıb və o, sədrlikdən çıxarılıb. Su Ehtiyatları Dövlət Agentliyi - SEDAM MMC işçilərinin Həmkarlar İttifaqı Komitəsi ləğv edilərək Su Ehtiyatları Dövlət Agentliyi “Hidrotex” MMC işçilərinin Həmkarlar İttifaqı Komitəsinə birləşdirilib.

 

FHN aparat və qurumlarında fəaliyyət göstərən bir qrup həmkarlar ittifaqı komitəsi sədrlərinə birdəfəlik maddi yardımın verilməsi, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci ildə keçirilməsi nəzərdə tutulan III qurultayına hazırlıqla əlaqədar FHN işçilərinin Həmkarlar İttifaqının komitələrində hesabat-seçki konfranslarının keçirilməsi barədə da qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

APA Baycan

Oxşar yazılar