Prezident İlham Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman verib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabinetinə Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Fərmana əsasən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti Fərmandan irəli gələn məsələləri həll etməlidir.