<b>21 və 14 nömrəli avtobusların istiqaməti dəyişdirildi</b>
18 noyabr 2016 17:10 (UTC +04:00)

21 və 14 nömrəli avtobusların istiqaməti dəyişdirildi

 

 

Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobusla bağlı mütəmadi olaraq eşidilən şikayətləri araşdırıb.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun Əhmədli stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun Xətai stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Bakı Nəqliyyat Agentliyinə şikayətlər daxil olurdu. Buna səbəb  nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya  hissələrinin tam olmamasıdır.

 

Bakı Nəqliyyat Agentliyi tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapıb.

 

Bütün bunları nəzərə alan Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alıb “Baku Bus”MMC-nin istifadəsinə verib. Həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən “İVECO” markalı, yüksək standartlara uyğun avtobuslar bu gündən etibarən “28 may” metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. 21 nömrəli “Baku Bus” avtobuslarında gediş haqqının ödənilməsi nəğd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir.

 

Bildirək ki, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar olaraq 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin traektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun “28 May” stansiyasiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun "Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq. Agentliyin  kompleks gördüyü bütün işlər bütövlükdə şəhər nəqliyyatının optimallaşdırılması məqsədi daşıyır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532
avatar

Oxşar yazılar