<b>20 yaşlı Rəqsanə ölüm ayağındadır: </b><span style="color:red;">KÖMƏK GÖZLƏYİR
23 may 2018 13:32 (UTC +04:00)

20 yaşlı Rəqsanə ölüm ayağındadır: KÖMƏK GÖZLƏYİR

20 yaşlı Rəqsanə Rzayeva təcili ürək əməliyyatı olunmalıdır. Bununla bağlı Lent.az-a məlumat verən xəstənin anası Anaxanım Rzayeva bildirir ki, qızının ürəyində damar genişlənməsi var: "Mərkəzi Neftçilər Xəstəxanasından bildirdilər ki, təcili əməliyyat etmək lazımdır. Həkimlər deyir ki, vəziyyət çox ağırdır və gözləmək mümkün deyil”.

A.Rzayeva qeyd etdi ki, əməliyyat üçün 10 min manat pul lazımdır və onun bunu ödəməyə imkanı yoxdur: “Həyat yoldaşım da 30 yaşında ürək tutmasından vəfat edib və övladımızı tək böyütmüşəm. Qızımı yoxlatdıranda dedilər ki, bu xəstəlik onda irsidir. O tək övladımdır, onu da itirmək istəmirəm. Zəngilan rayonundan məcburi köçkünük, indi Qaraçuxur qəsəbəsində qalırıq. Özüm də ikinci qrup əliləm, yanımızdakı məktəbdə xadimə işləyərək birtəhər dolanırıq”.     

O, qızının əməliyyatı üçün imkanlı şəxslərdən yardım etmələrini xahiş edir.

Qeyd edək ki, yardım etmək istəyənlər Million hesaba yaxınlaşıb Kapital Bankı seçərək, kartın balansının artırılmasına daxil olub
kart kodunu(4169 7413 2599 7300) yazıb ödənişi edə bilərlər.

 

Unutmayın! Edəcəyiniz kiçik də olsa, bir köməklə gözü yaşlı, çarəsiz bir ananı övlad itkisi yaşamaqdan xilas edə bilərsiniz!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Yasəmən Bağırova

Oxşar yazılar