Virtual  "papaqatdı"   ilə bağlı vətəndaşlara  MÜRACİƏT
21 mart 2024 00:21 (UTC +04:00)

Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyi kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosunun paylaşılması ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidməti idarəsinin rəis müavini Zeyni Hüseynov bildirib.

"Novruz bayramında vətəndaşlarımız kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır.

Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün kart məlumatlarınızı məxfi saxlamanız xahiş olunur".

# 4338
avatar

Oxşar yazılar