Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru
03 mart 2021 13:40 (UTC +04:00)

Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru

Vaksin pasportu təkcə tibbi tərəfdən tətbiq edilməyəcək – Azərbaycanlı alim

“Vaksin pasportu çox önəmli məsələdi. İstisna edilmir ki, pandemiyanın bu günə qədər  bəlli olan davam etmə sürəti vaksin pasportları ilə izləniləcək. Vaksin pasportları tətbiq etməkdə olan ölkələrin məqsədi ölkəyə daxil olan virus sayını azaltmaqdır”.

Bu fikirləri Lent.az –a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Azərbaycanlı alim qeyd edir ki, burada məqsəd birbaşa pandemiyanın qarşısını almaqdır: “Bugünkü gün üçün hansı ölkələrdə tətbiq edilib-edilməyəcəyi məsələsinə hələ tam qərar verilməyib. Amma bilinən ölkələr var”.

Nuran Abdullayev bildirir ki, Azərbaycanda vaksin pasportunu tətbiq etmək pandemiya ilə mübarizə strategiyasına aid edilə biləcək məsələlərdəndi:

“İnsanlar artıq statistikada bunu nəzərə ala bilərlər ki, nə qədər insan ölkəyə vaksinlə daxil olub, nə qədəri virusa yoluxub və nə qədəri vaksin olmadan ölkəyə daxil olub.

Ölkələrin vaksin pasportu haqqında qərarlarında təkcə tibbi tərəfdən deyil, diplomatik  və siyasi tərəflərinə də diqqət edəcəyini düşünürəm”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Nigar Adil

Oxşar yazılar