Türkiyənin Azərbaycandakı səfirliyi şəxsi avtomobili ilə Azərbaycana gəlmək istəyən vətəndaşlarına müraciət ünvanlayıb.
Lent.az xəbər verir ki, səfirlik vətəndaşlara əvvəlcə Azərbaycan Nazirlər Kabinetinin e-poçt ünvanına müraciət edərək şəxsi məlumatlarını, avtomobil nömrələrini qeydiyyatdan keçirməyi xahiş edib.
Qeyd edək ki, pandemiya səbəbindən Türkiyədən Azərbaycana quru yolla daxil olmaqda bəzi məhdudiyyətlər tətbiq edilib.